Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Həsən bəy Zərdabinin doğum günü (1837-1907)

28 iyun 1837-ci il tarixində Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin doğum günüdür (1837-1907). Maarifçi Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk turkdilli qəzet – "Əkinçi"nin naşiri (1875), Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906) olub.

Oxunub: 497

Əlavə olunub: 28.06.2020 05:44

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz