Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

H.Əliyev AKPMK-nın birinci katibi seçilib

14 iyul 1969–cu il tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda yekdil qərarla Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilib. Bu, Azərbaycanın yeni tarixində güclü lider və rəhbər kimi yer tutacaq, Azərbaycanın inkişafı naminə saysız xidmətlər göstərəcək şəxsiyyətin hakimiyyətə və böyük siyasətə gəlişi idi. Heydər Əliyev istər 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, 1983-1987-ci illərdə SSRİ rəhbərliyində çalışdığı zaman, istərsə də Azərbaycana rəhbərlikdən kənarda olduğu 1988-1993-cü illərdə və 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra hər zaman öz xalqı ilə bir olub, bütün siyasi qərarlarında xalqa arxalanıb.

Oxunub: 608

Əlavə olunub: 14.07.2020 07:42

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz