Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Gülüstan sülh müqaviləsi imzalanıb

1813-cü ildə tarixi Azərbaycan torpaqlarının Rusiya imperiyası ilə İran arasında bölüşdürülməsini nəzərdə tutan Gülüstan sülh müqaviləsi imzalanıb. Çar Rusiyasının Azərbaycana qarşı ekspansionist siyasəti 1804-1813-cü illər rus-İran müharibəsi ilə nəticələnib. 1805-ci ildə Azərbaycanın Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, bu xanlıqlar Rusiyaya ilhaq edilir və müstəqil xarici siyasət yürütməkdən məhrum olur. 1805-ci ilin axırlarına doğru Bakı və Şirvan xanlıqları da işğal edilir. Talış xanlığının işğalı ilə Rusiyanın Şimali Azərbaycanı tamamilə özünə ilhaq etməsi prosesi başa çatır. Bu mərhələ başa çatdıqdan sonra İranın Rusiya ilə müqavilə bağlaması reallaşır və sülh danışıqları başlayır. 1813-cü il oktyabrın 16-da Gülüstan kəndində - rus ordugahında müqavilə imzalanır. Müqaviləyə əsasən, Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba və Talış xanlıqlarının əraziləri, Şərqi Gürcüstan və Dağıstan da Rusiyaya ilhaq edilir. Xəzər dənizində donanma saxlamaq hüququ yalnız Rusiyaya verilir. Bu müqavilə Çar Rusiyasının Azərbaycanı işğal etdiyini rəsmən təsdiqləyir.

Oxunub: 569

Əlavə olunub: 12.10.2020 06:18

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz