Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Görkəmli dirijor və bəstəkar Niyazi anadan olub

1912–ilin 20 avqustu SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı görkəmli dirijor və bəstəkar Niyazinin doğum günüdür (1912-1984).

O, dahi bəstəkar Üzeyir Hacıbəyovun qardaşı Zülfüqar Hacıbəyovun ailəsində dünyaya göz açıb. Beynəlxalq mükafatlar laureatı olan maestro "Xosrov və Şirin", "Çitra" baletlərinin, simfoniyaların, mahnıların, 25-dək kinofilmə yazılmış musiqilərin müəllifidir.

Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb. O, "Çitra" baletinə görə 1974-cü ildə Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülüb.

Oxunub: 664

Əlavə olunub: 20.08.2020 05:38

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz