Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Georgi traktatı imzalanıb

4 avqust 1783-cü il tarixində Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı) çar Rusiyasının himayəsinə keçməsi barədə Georgi traktatı imzalanıb. Sənədə əsasən, gürcü çarlığının tərkibində tarixi Azərbaycan torpaqları (Borçalı, Şəmsəddil və sair) da Rusiyanın faktiki nəzarətinə keçib.

Gürcü çarı II İrakli ilə Rusiyanın Qafqaz ekspedisiya korpusunun rəhbəri general Potyomkin tərəfindən imzalanan anlaşmaya görə, Rusiya Gürcüstanı Türkiyə (Osmanlı) və İranın hücumlarından qorumaq barədə öhdəlik götürüb. Georgi anlaşması 1801-ci ildə Gürcüstanın Rusiyaya birləşdirilməsi üçün əsas olub.

Oxunub: 718

Əlavə olunub: 04.08.2020 06:31

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz