Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Gəncədə “Mədəniyyət rüzgarı” adı altında silsilə tədbirlər həyata keçiriləcək

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə cari ilin 8-12 aprel tarixlərində Gəncə şəhərində “Mədəniyyət rüzgarı” adı altında ustad dərsləri, elmi seminar, maarifləndirici infotur, təlimlər və s. tədbirlərin təşkilini planlaşdırır.

MEMİM-in uğurlu layihələrinin bu dəfə Gəncə şəhərində “Mədəniyyət rüzgarı” tədbirlər silsiləsi çərçivəsində keçirilməsi Gəncə və ətraf rayonların uşaq musiqi və incəsənət məktəblərinin şagird-müəllim kontingenti üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri, “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktiki seminar, “Sənətkarın dostu”, “Nəsildən-nəslə teatr”, “Mədəni irsini qoru” layihələrinin həmçinin kitabxana və muzey işçiləri üçün təlimlərin təşkili şəhərin mədəni mühitinə öz müsbət təsirini göstərəcəkdir.

 

Oxunub: 650

Əlavə olunub: 04.04.2025 10:43

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası