Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Gəncədə liderlik mövzusunda təlim

Cari ilin 12 oktyabr tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışan əməkdaşlar üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən liderlik mövzusunda təlim keçirilmişdir. Məshəti Gəncəvi Mərkəzində təşkil olunan təlimdə Gəncə Heydər Əliyev Mərkəzi, uşaq musiqi və incəsənət məktəbləri, muzey, kitabxana və mədəniyyət mərkəzlərinin nümayəndələri iştirak etmişdir.
 
Mədəniyyət sahəsində aparılan islahatlar fonunda yeni yanaşmaların tətbiqi, müasir idarəçilik üsullarının mənimsənilməsi şəhər və rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri qarşısında duran əsas vəzifələrdən biri kimi nəzərdən keçirilir. Bununla əlaqədar, o cümlədən, beynəlxalq təcrübənin yerli mühitə uyğunlaşdırılması, idarəçiliyin təkmilləşdirilməsi və səmərəliliyinin artırlması məqsədilə keçirilən təlimdə liderlik mövzusuna aid əldə olunmuş elmi-praktik məzmunlu ən son məlumatlar haqqında fikir mübadiləsi aparıldı.
İnteraktiv formada təşkil olunan təlimdə iştirakçılar maraqlandıran suallar cavablandırıldı, sonda bu tip təlimlərin mütəmadi olaraq keçirilməsi iştirakçılar tərəfindən təklif olundu.

Oxunub: 425

Əlavə olunub: 18.10.2021 10:39

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz