Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə aprelin 29-da saat 15:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçiriləcək.

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin dəstəyi ilə təşkil olunan seminarın məqsədi milli mədəniyyətin formalaşmasında folklor amilinin əhəmiyyətini diqqətə çatdırmaq, zəngin xalq yaradıcılığının təbliği və gələcək nəsillərə ötürülməsi yollarının müzakirə edilməsidir.

Seminarda folklorşünas, sənətşünas alim və tədqiqatçıların məruzələri dinləniləcək, mövzu ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində bədii proqram da nəzərdə tutulur. Giriş sərbəstdir.

Oxunub: 259

Əlavə olunub: 22.04.2026 08:29

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası