Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Gəncə abidələri: Çökək hamam

Gəncənin şah əsərlərindən olan “Çökək hamam” 1606-cı ildə, memar Şeyx Bahəddin Amilinin layihəsi əsasında inşa edilmişdir. Şah Abbasın əmri ilə tikildiyi üçün Cümə Məscidinin yaxınlığında yerləşən bu hamama el arasında Şah Abbas hamamı da deyirlər.
Hamamın “Çökək” adlandırılması onun quruluşundan irəli gəlir. Beləki, suyun təzyiqini təmin etmək üçün, onu çökəkdə inşa ediblər. Binanın tikintisində yumurta ağı ilə gil-əhəng və qırmızı kərpicdən istifadə edilib.
“Çökək hamam”ın üstündə 2 böyük və 1 kiçik kümbəzi var. Hamam iki iç-içə zaldan ibarətdir: mərkəzində hovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulmuşdur.
Hamamın bir giriş qapısı və tunelə oxşar yolu movcuddur. Çökək hamam bayır hissədən soyunub-geyinmə, içəridən isə yuyunma otağından ibarətdir. Hamamın keçmişdə şamla isidilməsi də iddia edilir.
2002-ci ildən Çökək hamam beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu alıb və UNESCO tərəfindən mühafizə olunur. 2013-cü ildə hamamda tarixi orijinallığı qorunmaqla bərpa işləri aparılıb.

Oxunub: 431

Əlavə olunub: 14.12.2022 20:08

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz