Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Gəncə abidələri: Cavad xan dəftərxanası

XVIII əsrdə Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın əmri ilə tikilib və onun dəftərxanası olub. Cavad xanın dostu və məsləkdaşı Usuf bəy o zamanlar burada rus dilində məktəb açıb.
XIX əsrdə dəftərxanada gürcü şairi Nikolaz Barataşvili yaşayıb və sonralar burada onun ev-muzeyi yerləşib. 2012-ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstərib. Bina 2012-ci ildə sökülüb və yerində yenisi tikilib.
Dəftərxana düzbucaqlı formaya malikdir. Yeni binanın tikintisində qırmızı kərpicdən istifadə edilib. Dəftərxananın ön tərəfində iki tağvari pəncərə və bir qapı yerləşir.
Həmçinin binanın günbəzi mövcuddur və onun üzərində səkkizguşəli ulduz quraşdırılıb. Dəftərxananın həyətyanı sahəsi qırmızı kərpicdən inşa edilən hasarla əhatə edilib.

Oxunub: 495

Əlavə olunub: 08.12.2022 20:45

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz