Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Gələcək öz əlimizdədir!

11 fevral 2022-ci il tarixində Georgi Şaroyev adına 35 saylı Bakı şəhəri Onbirillik Musiqi Məktəbində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Gələcək öz əlimizdədir!” mövzusunda tədbir keçirilib.
 
Mərkəzin 2022-ci ilin birinci yarımili üçün nəzərdə tutulmuş İş planı çərçivəsində keçirilən tədbir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramına əsasən gərçəkləşib. Keçirilməsində məqsəd sağlam gənc nəslin yetişdirilməsi, narkomaniyaya qarşı mübarizə və gənclər arasında təbliğat işlərinin aparılması, həmçinin milli şüurun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin aşılanmasıdır.
 
Tədbrin bədii hissəsində “Mavi röya - qara yuxular” adlı tamaşadan səhnə nümayiş olundu. Ssenari müəllifi, rejissor və aktyor Mərkəzin “Bölgə” teatr truppasının bədii rəhbəri Hüseyn Məmmədovdur.
 
Mərkəzin əməkdaşıarı və regional mədəniyyət müəssisələrinin işçilərinin Zoom platformasında iştirakı ilə keçirilmiş tədbirdə Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadə, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü Aydan Höccətova, Gənclərlə iş üzrə ekspert və təlimçi Məryəm Məcidova, DİN Bakı şəhər Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Seymur Quliyev, “Sağlam yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin İcraçı direktoru Tələt Qəribov, QİÇS mərkəzinin əməkdaşı, həkim-infeksionist Günəş Cəfərova, “RAM” reabilitasiya Mərkəzinin psixoloqu Aynur Mahmudova, Narkoloji dispanserin həkim-narkoloqu Rövşən Kərimli, “Azad həyat” reabilitasiya mərkəzinin direktoru Həmid Yunusov, kinorejissor Mehdi Yaqubov, bloqerlər Ağa Mehdiyev və Nail Kəmərli təbliğat xarakterli movzusunda məruzələri ilə çıxış ediblər.
 
Mütəxəssislərin çıxışlarında qeyd olundu ki, son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artması olduqca narahatlıq doğurur. Bu problemdən çıxış yolu ancaq gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsidir.
 
Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb. Tədbir zamanı tematik videoçarxlar nümayiş olundu.

Oxunub: 500

Əlavə olunub: 14.02.2022 16:11

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz