Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Gədəbəy Aşıq Məktəbində ixtisasartırma təlimi

Cari ilin 4-8 oktyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Gədəbəy Aşıq Məktəbində usta ifaçı aşıqlar üçün ixtisasartırma təlimi keçirilmişdir.
 
Aşıq sənətinin tədrisi prosesində ixtisaslı kadrların hazırlanması məqsədilə keçirilmiş ixtisasartırma təliminə ADMİU-nun Aşıq sənəti kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimovun, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Altay Məmmədovun, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəzail Miskinlinin və Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyev müəllim qismində cəlb edilmişdir.
 
Gədəbəy Aşıq Məktəbində keçirilən ixtisasartırma təlimi çərçivəsində usta ifaçı aşıqlara ixtisasa uyğun məlumatlar verilmiş yekunda müvafiq sertifikatlar təqdim edilmişdir.
 
Təlimdə müəllim qismində cəlb edilən ekspertlər Azərbaycanda Aşıq sənətinin inkişafına dair fikirləri ilə bölüşərək, sözügedən sahədə ixtisaslı aşıqların hazırlanması prosesinin önəmini xüsusilə vurğulamışdırlar.

Oxunub: 423

Əlavə olunub: 21.10.2021 10:35

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz