Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Fyodor Dostoyevski anadan olub (1821-1881)

1821-ci ilin 11 noyabr tarixində Rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri Fyodor Dostoyevski anadan olub (1821-1881).

F.Dostoyevskinin ilk romanı “Bədbəxt insanlar” 1846-cı ildə nəşr olunub. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırılır və o, siyasətlə maraqlanmağa başlayır.

1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışdığı iddiası ilə həbs olunub. Səkkiz ay həbsxanada qalan Dostoyevski, güllələnmək düzülmək üzrəykən digər səkkiz məhbus yoldaşı ilə bağışlanılaraq cəzasını çəkməsi üçün Sibirdəki OMSK həbsxanasına göndərilib. Burada keçirdiyi dörd ildən sonra xidmətə verilib və zabitliyə qədər yüksəlib.

1859-cu ildən Peterburqda yaşayan yazıçı burada “Alçaldılmış və təhqir olunmuşlar” həmçinin, “Ölü evdən qeydlər” əsərlərini yazır. O, təkcə bu əsərləri ilə yox, eyni zamanda, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Karamazov qardaşları” əsərləri ilə dünyaya səs salıb.

Qeyd edək ki, F.Dostoyevskinin adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Oxunub: 610

Əlavə olunub: 11.11.2020 06:16

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz