Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Fortepiano və xor dirijorluğu ixtisası üzrə dərs

XX əsr Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə “Ustad dərsləri” həftəsi çərçivəsində cari ilin 20-22 dekabr tarixlərində Xaçmaz şəhərində Xaçmaz Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən UMM və UİM-nin fortepiano və xor dirijorluğu ixtisası üzrə müəllimləri üçün ustad dərsləri təşkil edilmişdir.
Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin səmərəliliyinin artırılması üzrə fəaliyyətin təkmilləşdirilməsi, optimallaşdırılması, bədii təhsil sisteminin daha da inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılması, UMİM-də təlim prosesinin müasir təhsil standartları əsasında yenidən qurulması və tədris edilən fənlərin təhsilalanlar tərəfindən yüksək səviyyədə mənimsənilməsini təmin etməkdən ibarətdir.
Ustad dərsləri xor dirijorluğu ixtisası üzrə Bakı şəhər C.Hacıyev adına 3 nömrəli Onbirillik musiqi məktəbinin direktoru, Əməkdar müəllim Məhin Orucova, fortepiano ixtisası üzrə isə Sumqayıt Musiqi Kollecinin fortepiano şöbəsinin müdiri Təranə Əliyeva tərəfindən aparılmışdır. UMM və UİM-nin xor dirijorluğu və fortepiano müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil edilən ustad dərslərində müvafiq ixtisaslar üzrə tədris metodikası nümayiş etdirilmiş, ixtisasın spesifik xüsusiyyətləri əyani şəkildə ustad müəllimlər tərəfindən şagirdlərin və xor kollektivinin üzərində göstərilmişdir.
Qeyd edək ki, ustad dərslərində xor dirijorluğu ixtisası üzrə 15, fortepiano ixtisası üzrə isə 150 nəfər müəllim iştirak etmişdir. Bundan başqa aparıcı bədii təhsil müəssisələrinin istedadlı şagirdləri də dərslərdə çıxış etmişlər.

Oxunub: 423

Əlavə olunub: 25.12.2022 15:08

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz