Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Fərəc Qarayevin dirijorlara açıq məktub

Xəbər verildiyi kimi, bu günlərdə Rusiyanın bir sıra mədəniyyət xadimləri UNESCO-ya müraciət edərək Dağlıq Qarabağdakı xristian abidələrinin Ümumdünya İrsi Obyektlərinin Siyahısına daxil olunmasını xahiş ediblər. Müraciəti dirijorlar Vladimir Spivakov və Teodor Kurentzis, musiqiçi Boris Qrebenşikov, rejissorlar Aleksandr Sakurov, Aleksey Qerman (oğul) və başqaları imzalayıblar.

Moskva Konservatoriyasının professoru, Moskva Bəstəkarlar İttifaqının üzvü Fərəc Qarayev həmin müraciəti imzalamış dirijorlar Vladimir Spivakova və Teodor Kurentzisə açıq məktubla çıxış edib.

AZƏRTAC həmin açıq məktubun mətnini təqdim edir.

 

“Hörmətli həmkarlar, Sizin UNESCO-ya müraciətinizin mətni ilə tanış oldum və Azərbaycan ərazisində yerləşən xristian mədəni, bədii və memarlıq abidələrinin Ümumdünya İrsi Obyektlərinin Siyahısına daxil edilməsi barədə təklifinizi əlbəttə, mən də dəstəkləyirəm. Mübahisə etmirəm, bu, həqiqətən zəruridir!

Daha sonra siz şikayətlənirsiniz ki, bu abidələri də Suriyadakı Palmiranın faciəli taleyi gözləyir – bu unikal şəhərin İŞİD-in (Rusiyada qadağan edilmiş təşkilatın) üzvləri tərəfindən necə dağıdıldığını yaxşı xatırlayırıq. Siz Dağlıq Qarabağda mədəniyyət abidələrinə qayğı göstərərək və bu kontekstdə Palmiranı xatırlamaqla, istər-istəməz Azərbaycanı bütün sivil dünya tərəfindən rədd edilmiş ən dəhşətli terror təşkilatlarından biri ilə müqayisə edirsiniz.

Bu müqayisə hədsiz dərəcədə həyasızlıq deyilmi?

Hörmətli həmkarlar, Sizə xatırlatmaq istərdim ki, bugünkü Azərbaycan multikulturalizm qanunları ilə yaşayan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Yeri gəlmişkən, müsəlman və iuda mədəni irsi kimi xristian mədəni irsinin də qorunması dünyəvi Azərbaycan hökumətinin prioritetlərindən biridir. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini məlumatlandıraraq bildirib ki, Qarabağdakı dini abidələr qorunub saxlanacaq və kilsələrin normal fəaliyyəti təmin ediləcək. O deyib: “Azərbaycan tərəfi məhz bu istiqamətdə fəaliyyət göstərəcək”.

Azərbaycan Prezidentinin əməli işi isə heç vaxt onun sözlərinə zidd olmur!

Sizdən soruşmaq istərdim: Siz bilirsinizmi ki, Azərbaycanın Dağlıq Qarabağa daxil olmayan yeddi rayonu təxminən otuz il müddətində qonşu dövlət tərəfindən işğal altında olub? Bilirsinizmi ki, həmin rayonlarda orta əsrlərə aid xristian monastırlarından əlavə çoxsaylı məscidlər, habelə Xocavənddə pravoslav kilsəsi də vardı?

İndi isə sizin diqqətinizə bir neçə fotoşəkil təqdim edirəm. Həmin fotoşəkillərdə həmin pravoslav məbədinin bu illər ərzində nəyə çevrilməsi əyani şəkildə görünür.

Oxunub: 564

Əlavə olunub: 24.11.2020 07:46

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz