Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən nazirliyin tabeliyindəki incəsənət məktəb və mərkəzlərində tədris olunan ənənəvi və yeni ixtisaslarla bağlı tədris proqramlarının hazırlanması və yenilənməsi istiqamətində mütəmadi işlər aparılır.
Məqsəd incəsənət təhsilinin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, məktəb və mərkəzlərdə tədris prosesinin təkmilləşdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanların yaradıcılıq potensialının daha səmərəli şəkildə üzə çıxarılması və hazırlıq səviyyəsinin artırılmasıdır.
Bu dəfə MEMİM-də məktəblər üçün fortepiano (8-11 sinif), klarnet və rəssamlıq ixtisaslarına dair hazırlanmış tədris proqramları müvafiq sahələr üzrə təcrübəli müəllim və mütəxəssislərin iştirakı ilə müzakirə edilib.
Müzakirələr zamanı mütəxəssislər tərəfindən hər bir ixtisas üzrə tədris proqramlarının məzmununun müasir tələblərə uyğunlaşdırılması, beynəlxalq təcrübənin nəzərə alınması və praktik bacarıqların gücləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Eyni zamanda tədris prosesində yaradıcı yanaşmaların tətbiqi və təhsilalanların ilkin peşəyönümlü hazırlığının təmin edilməsinin vacibliyi qeyd olunub.
Vurğulanıb ki, bu sahədə həyata keçirilən islahatlar incəsənət təhsilinin keyfiyyətinin yüksəldilməsinə, müasir çağırışlara cavab verən ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə olacaq.
Oxunub: 562
Əlavə olunub: 02.09.2026 08:50