Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Emin Sabitoğlu anadan olub (1937-2000)

1 noyabr 1937-ci il tarixində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti Emin Sabitoğlu (1937-2000) anadan olub.

E.Sabitoğlu 600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları xüsusilə çox populyardır.

Bəstəkar, həmçinin müxtəlif tamaşalara musiqilər də bəstələyib. E.Sabitoğlu paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına da musiqi bəstələyib.

Oxunub: 599

Əlavə olunub: 02.11.2020 06:26

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz