Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Ədirnə müqaviləsi imzalanıb (1828-1829)

1829–cu ilin sentyabrın 2-də Rusiya ilə Osmanlı dövləti arasında növbəti müharibənin yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb (1828-1829).
Müqaviləyə əsasən, Osmanlı dövləti Ahalsıx padşahlığının (Ahıska türklərinin yaşadığı ərazi - indiki Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsi) bir hissəsini Rusiyaya güzəştə gedib və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin köçürülməsinə razılıq verib.
Köçürülən ermənilər sonradan Ahalsıx bölgəsi ilə yanaşı, Tiflis, İrəvan və Naxçıvan bölgələrində də yerləşdirilib. Bundan əlavə, Osmanlı dövləti Rusiyanın İranla apardığı müharibənin (1826-1828) yekunlarını, o cümlədən Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsini rəsmən tanıyıb.

Oxunub: 1624

Əlavə olunub: 02.09.2020 08:17

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz