Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Dünya kulturologiyası və Lütfi Zadə”

2021-ci ilin 4 mart tarixində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2021-ci ilin birinci yarım ili üçün İş Planına əsasən “Dünya kulturologiyası və Lütfi Zadə” adlı vebinar keçirilib.
 
Vebinar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında" 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən baş tutmuşdur.
 
Tədbirin keçirilməsində məqsəd dünyanın mədəniyyət xəzinəsinə bir sıra elmi yeniliklər bəxş etmiş, özünün fundamental kəşfləri və heyrətamiz ideyaları ilə müasirlərinə böyük təsir göstərmiş Lütfi Zadə irsinin daha geniş təbliğatını əks etdirməkdir.
 
Vebinarda AMEA, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyasından, həmçinin digər qurum və təşkilatlardan olan alim və mütəxəssislər Lütfi Zadənin həyat və yaradıcılığından, dünya kulturologiyasına verdiyi misilsiz dəyərdən geniş danışmışlar.
 
Vebinar iştirakçıları Lütfi Zadənin Azərbaycanın və dünyanın ictimai, sosial və mədəni mühitinin formalaşmasında misilsiz rolundan bəhs edərək, alimin beynəlxalq elm mühitinə verdiyi töhfələri, yeni tendensiyalara təsirini vurğuladılar.

Oxunub: 720

Əlavə olunub: 05.03.2021 20:38

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz