Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Dövlətçilik və Mədəniyyət” adlı elmi vebinar

10 dekabr 2021-ci il tarixində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Dövlətçilik və Mədəniyyət” adlı elmi vebinar keçirilib.

Mərkəzin 2021-ci ilin ikinci yarımili üçün nəzərdə tutulmuş İş Planı çərçivəsində keçirilən tədbir dövlətçilik və mədəniyyət amilinin cəmiyyətin inkişafındakı yerini və rolunu vurğulamaq məqsədilə gerçəkləşib.

Azərbaycanda dövlətçiliyin və mədəniyyətin inkişafında müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin anım günü və 44 günlük vətən müharibəsindən sonra keçirilən Zəfər Paradının ildönümü haqqında məlumatlar qeyd edilən vebinarda sosiologiya üzrə elmlər doktoru, professor, BDU-nun sosiologiya kafedrasının müdiri Rafail Həsənov, ADMİU-nin Sosial mədəni fəaliyyət kafedrasının müdiri, professor Mübariz Süleymanlı, Bakı şəhər Baş Mədəniyyət İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, Fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının əməkdaşı Vəsilə Möhsümova, eyni zamanda Mərkəzin və Regional Mədəniyyət İdarələrinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Alim və mütəxəssislər qeyd ediblər ki, Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələri olan xalqlardan biridir. Təqribən 5 min illik dövlətçilik ənənələrinə malik olan Azərbaycan tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə təkan verib. Dünya mədəniyyəti və sivilizasiyası tarixi göstərir ki, dövlət idarəçiliyinin ən mühüm məsələlərindən biri yüksək mədəniyyətli insan cəmiyyətinin formalaşdırılmasıdır.

Oxunub: 517

Əlavə olunub: 12.12.2021 15:44

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz