İri qaya parçalarından tikilən qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metr, divarlarının qalınlığı yer səthinə yaxın yerdə 1 metr, hündürlüyə qalxdıqca isə yarım metrdir. Qalada müşahidə dəliklərinin olması tikintinin məhz müşahidə, gözətçi qalası olduğunu düşünməyə əsas verir.
Qalaya bəzi mənbələrdə "Dədəban" – "Dədəd evi", xalq arasında isə "Koroğlu qalası" da deyilir. Ehtimal edilir ki, Koroğlu hansısa səfərlərindən birində buradan keçib. Qala XX əsrin ortalarınadək ziyarətgah olub.