Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Cıdır düzü” adlı intellektual turnir (video)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi müxtəlif yönümlü maarifləndirici və intellektual layihələr həyata keçirməyə davam edir.
Beləliklə, oktyabr ayının 5-də Masallı rayonunda “Cıdır düzü” adlı intellektual turnir keçirilib. Turnirdə Lənkəran və Masallı Regional Mədəniyyət İdarələrinin hər birindən 3 komanda iştirak edib.
Ümumiyyətlə, turnirdə iştirak edən “Pəncəli” (Astara), “Zirvə” (Yardımlı), “Xarıbülbül” (Cəlilabad), “Buta” (Masallı), “Avesta” (Lerik), “Atom” (Lənkəran) komandaları Azərbaycan mədəniyyətinə həsr olunmuş 50 suala cavab verməli oldular.
İkinci turun yekununda heç-heçə galan “Zirvə” və “Xarıbülbül” komandaları üçün əlavə suallar səsləndirildi. Nəticədə oyunun qalibi bir sual fərqiylə Masallı Regional Mədəniyyət İdarəsinin “Zirvə”(Yardımlı) komandası oldu. İkinci yeri isə sözügedən İdarənin “Xarıbülbül” komandası tutub. Qalib komanda Mərkəz tərəfindən Sertifikat və mədəni irsimizi təbliğ edən xatirə hədiyyələri ilə təltif olunub.
Qeyd edək ki, dövr ərzində Mərkəz bir sıra bölgələrdə müxtəlif mövzularda intellektual yarışlar və digər maarifləndirici tədbirlər təşkil etmişdir. Məqsəd - mədəniyyət işçilərinin səriştələrinin formalaşdırılmasını təmin etmək, cəld və analitik düşünmə, habelə peşə bacarıqlarının, dünyagörüşünün, yoldaşlıq münasibətlərinin və komanda ruhunun inkişaf etdirilməsidir.
 

Oxunub: 274

Əlavə olunub: 10.10.2022 22:56

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz