Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Cavad Xan və Aman Xan xələflərinin müraciəti

Müxtəlif ölkələrdə yaşayan Cavad Xan və Aman Xan Naxçıvanskinin xələfləri Azərbaycan Prezidentinə müraciət ünvanladı. Müraciətdə deyilir:

Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan !

Son günlər ard-arda aldığımız xoş xəbərlər bizləri, Sizə məktub yazmağa sövq etdi.

Ermənistanın uzun sürən təcavüzünə, çoxsaylı təxribatlarına qarşı əmrinizə əsasən başlanan əks-hücum əməliyyatının böyük vətən müharibəsi səviyyəsinə çatması hamımızı çox qürurlandırdı.

Yüzlərlə, minlərlə tarixi şəxsiyyətlərimiz, qəhrəmanlarımız, o cümlədən də ulu babamız Cavad xan bu vətən uğrunda, bu millət yolunda canlarını düşünmədən fəda edərək, adlarını tarixə yazdılar. Bu gün də qəhrəman Azərbaycan övladları öz möhtəşəm zəfərləri və şəhadətləri ilə o yolu davam elətdirərək, şanlı babalarımızın və bütün şəhidlərimizin ruhunu şad edirlər!

Möhtərəm cənab Prezident, şübhəsiz ki, xalqımız hamılıqla Sizi bu haqq yolda dəstəkləyir və səbirsizliklə Sizdən zəfər xəbərlərini gözləyir.

Azərbaycanımız üçün bu taleyüklü məqamda bütün xalqımız vahid bir ordu olaraq Sizin yanınızdadır.

Bu çətin və mürəkkəb geosiyasi vəziyyətdə göstərdiyiniz yüksək bacarıq, əzm və iradə üçün Sizə təşəkkür edirik!

Bütün tarixi torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibənin tam qələbə ilə yekunlaşana kimi, sona kimi aparılmasını Sizdən artıq dərəcədə xahiş edirik!

Bizim savaşımız haqdır, biz qalib gələcəyik!

Valid Ziyatlı – Azərbaycan Cavad xan Tarix və Mədəniyyət Fondunun Prezidenti.

Oxunub: 621

Əlavə olunub: 30.10.2020 08:21

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz