Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

"Canlı mədəniyyət naminə” adlı video konfrans

Azərbaycan və Belarus mütəxəssisləri mədəniyyətin postkoronovirus dövründə inkişaf xüsusiyyətlərini müzakirə etdilər. Cari ilin 5 may tarixində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Belarus Respublikasının Baş Mədəniyyət müəssisəsi sayılan Mogilyov Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Canlı mədəniyyət naminə” adlı video konfrans təşkil olunmuşdur. Məlumat üçün qeyd etməliyik ki, məhz sözügedən iki qurumun təşəbbüsü ilə 2017-ci ildə metodiki mərkəzlərinin rəhbərlərini birləşdirən Beynəlxalq Metodiki Şura yaradılmışdır ki, Azərbaycan həmin Şuraya həmsədrlik edir.

Belə ki, mədəniyyət mərkəzlərin rəhbərlərin iştirakı ilə keçirilmiş video konfransda qaçılmaz virtuallaşma dövündə xalq kollektivlərinin və ənənəvi mədəni xidmətlərin toxunulmazlığının təmin olunmasının üsul və metodları ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Mövcud istiqamətdə yeni metodiki vəsaitlərin birgə hazırlanması və zəruri internet aksiyaların keçirilməsi məsələləri də xüsusi olaraq vurğulanmışdır.

Sosial təcrid şəraitində koronovirusla mübarizədə Azərbaycanda mədəniyyət işçilərinin iştirakı haqqında geniş məruzə ilə çıxış edən Mərkəzin direktoru Asif Usubəliyev bildirmişdir ki, karantin dövrünü mülayımləşdirilməsi və insanları müxtəlif stresslərdən uzaqlaşdırılmasında Mədəniyyət Nazirliyin sistemində fəaliyyət göstərən müəssisələr tərəfindən yüzlərlə müxtəlif səpkili layihələr reallaşdırılmışdır.

Xalqların milli identikliyinin qorunmasında, milli adət-ənənələrin toxunulmazlığının təmin olunmasında və gənclər arasında folklora qarşı marağın artırılması işinin əhəmiyyətini bildirən konfrans iştirakçıları mövcud istiqamətdə gələcəkdə də birgə layihələrin reallaşmasına dair razılığa gəlmişlər.

Oxunub: 600

Əlavə olunub: 05.05.2020 15:55

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz