Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Bu gün Zərifə xanım Əliyevanın anım günüdür

15 aprel 1985-ci il tarixində Moskva şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva vəfat edib (1923-1985). 

Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadənin öyrənilməsinə həsr edib.

 

Oxunub: 766

Əlavə olunub: 15.04.2020 05:48

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz