Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Böyük Vətən müharibəsi başlayıb (1941-1945)

22 iyun 1941-ci il tarixində Hitler Almaniyasının Sovet İttifaqına hücumu ilə Böyük Vətən müharibəsi başlayıb. Nasistlər müharibənin əvvəlində sürətlə irəliləsələr də, sovet ordusu onların hücumunun qarşısını ala bilib.

1943-cü ildən isə Sovet İttifaqı müharibədə təşəbbüsü ələ alaraq, Almaniyanı tədricən ölkə ərazisindən, daha sonra isə Şərqi Avropadan çıxarıb.

Müharibə 1945-ci il mayın 9-da faşist Almaniyasının təslim olması ilə başa çatıb. Bu müharibədə ümumilikdə 26,6 milyon sovet vətəndaşı həlak olub. Təkcə sovet silahlı qüvvələrinin şəxsi heyəti 8,6 milyon nəfərdən çox itki verib.

1941-1945-ci illərdə Azərbaycan xalqı istər ön, istərsə də arxada cəbhədə misilsiz rəşadətlər göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə və 1124 özünümüdafiə batalyonu təşkil olunub. Böyük Vətən müharibəsində 700 mindən çox azərbaycanlı iştirak edib. Onların yarıdan çoxu döyüş meydanlarında həlak olub. 130-dan çox azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub.

Faşizm üzərində Qələbənin əldə edilməsində Bakı nefti də misilsiz rol oynayıb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları göndəriblər. Sovet ordusunun təyyarə və tankları demək olar ki, Bakı nefti ilə işləyib. 

Oxunub: 689

Əlavə olunub: 22.06.2020 03:01

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz