Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

BMT-nin Baş Assambleyasının ilk iclası keçirilib

23 oktyabr 1946-cı il tarixində Nyu-Yorkda BMT-nin Baş Assambleyasının ilk iclası keçirilib. 1945-ci ildə yaradılmış BMT-nin qərargahı Nyu-York şəhərində yerləşir.

Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Hazırda 193 ölkə bu təşkilatın üzvüdür.

1992-ci ildən BMT-nin üzvü olan Azərbaycan Respublikası 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012-2013) qeyri-daimi üzvü seçilib.

Oxunub: 615

Əlavə olunub: 23.10.2020 06:22

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz