Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Birgə mütaliə” virtual klub üzvlərinin görüşü

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi elektron mədəni konsaltinq layihələrini davam etdirir. Kitaba və mütaliəyə marağın artırılması məqsədilə hazırlanan layihələr əsasən dünya görüşünün və elmi yanaşmaların genişləndirilməsinə xidmət edir.

Belə ki, 9 iyul 2020-ci il tarixində Mərkəz tərəfindən Zoom proqramı vasitəsi ilə “Birgə mütaliə” adlı layihə ətrafında növbəti vebinar təşkil olunub. Mərkəzin əməkdaşlarının və gənc mədəniyyət işçilərinin, ümumən 60-dan çox iştirakçının yer aldığı layihənin bu dəfə ki, mövzusu Azərbaycan Xalq Cümhuriyyətinin aydınlarından olan Əli bəy Hüseynzadənin fəaliyyəti və yaradıcılığı təyin edilib. Spiker İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadə seçilib. N.Babazadə məruzəsində Əli bəy Hüseyinzadənin kitabları ətrafında ətraflı məlumatlar verib, xadimin “Ey, Ulu tanrım!” və digər əsərlərini dinlendirib. Dinləyicilərin də özünəməxsus fikirlərlə qatıldıqları müzakirədə Xalq Cümhuriyyətinə aparan yolun çətinlikləri, bu sınaqlarda sinələrini sipər edən görkəmli mütəfəkkirlərin xüsusi xidmətləri, Cümhuriyyət dövrünə xas quruculuq işləri və s. məsələlər xüsusi həssaslıqla dilə gətirilib.

Məkrəzin elmi katibi Cavid Əliyev, gənc mədəniyyət işçiləri Nadir Məmmədov, Ruslan Məmmədov, Xəyyam Məlikov, Rəqsanə Babayeva, Almaz Qaracayeva və digərləri də mövzu ətrafinda çıxış ediblər.  

Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev qeyd etdi ki, mütaliə ənənələrinin inkişafı siyasətinə dəstək xarakterli Mərkəzin bu kimi layihələri müasir dövrü xarakterizə edən tarixi, siyasi, sosial, mədəni problemlərin açıq müzakirəsinə xidmət edir. Layihə açıq və əlçatan platformada yeni və klassik əsərlərin müzakirəsi çərçivəsində cəmiyyəti narahat edən məsələlərin müzakirəsinə şərait yaratmasına, Mərkəzin sözügedən təşəbbüsü mədəniyyətdə demokratik prinsiplərin yaşadılmasına xidmət etdiyini bildirən A.Usubəliyev həmçinin bu kimi təşəbbüslərin inkişaf etdirilməsi və iştirakçı kontingentinin genişlənməsi zərurətini vurğuladı.

Mütəmadi şəkildə təşkil olunan “Birgə mütaliə” layihəsi aktiv diskusiyalar çərçivəsində gerçəkləşib. İştirakçılar belə vebinarların davamlı olması istəklərini dilə gətiriblər.

Oxunub: 902

Əlavə olunub: 09.07.2020 10:54

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz