Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Birgə mütaliə” layihəsi keçirilib

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi elektron mədəni konsaltinq layihələri çərçivəsində daha bir ilkə imza atıb.

5 iyun 2020-ci il tarixində Mərkəz tərəfindən Zoom proqram vasitəsi ilə “Birgə mütaliə” adlı vebinar təşkil olunub. 30-a yaxın mərkəzin əmakdaşları və gənc mədəniyyət işçilərinin iştirakı ilə keçirilmiş vebinarda  əvvəlcədən təyin edilən spiker tərəfindən seçilən kitab ətrafında müzakirələr aparılıb.

Layihənin ilk spikeri Mərkəzin əməkdaşı Rəfiqə Nəsirova tərəfindən müəyyən edilən Joze Saramaqonun “Korluq” əsəri olmuşdur. Kitab bir şəhərdə baş verən yoluxucu xəstəlikdən bəhs edir. Belə ki, bu xəstəlik şəhərin bütün sakinlərini görmə qabiliyyətindən məhrum edir. Nəticədə onları müəyyən bir saya qədər xəstəxanaya yığırlar. Pandemiyanın kütləvi hal aldığını görən məsul şəxslər bu işin mənasızlığını anlayır. Əsərin gedişində şəhərdə bir nəfər belə görən insan qalmır. Bu korluq normal korluq deyildi. Çünki, insanların gözü qarşısında süd kimi ağ bir görüntü vardı. Əsərin sonuna doğru pandemiya bitir, insanların gözü açılır. Mövzunun ana xətti insanların daxili aləmində baş qaldıran korluqdur. Xəstəlik hər kəsin əsl simasını göz önünə qoyur. Əsərdə əslində cəmiyyətdə mövcud olan səmimiyyətin nisbi xarakter daşıdığı göstərilir.

Vebinar çərçivəsində spikerin ətraflı məlumatı dinlənildi, daha sonra isə iştirakçılar tərəfindən əsər haqqında fikirlər səsləndirildi. Qarşılıqlı diskusiya ilə keçirilən vebinar hər kəsin marağına səbəb oldu. Tədbir  zamanı Mərkəzin direktoru Asif Usubəliyevin müəllifi olduğu Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Səbəbkar” adlı videoçarx nümayış olundu.

Direktor A.Usubəliyev vurğuladı ki, cəmiyyətdə kitab oxuma və mütaliə ənənələrinin inkişafı siyasətinə dəstək xarakterli Mərkəzin sözügedən layihəsi, eyni zamanda müasir dövrü xarakterizə edən sosial, mədəni problemlərin açıq müzakirəsinə və bu kimi obyektiv tendensiyalarla mübarizədə ziyalıların rolunun artırılmasına xidmət edir. Mütəmadi şəkildə təşkil olunacaq “Birgə mütaliə” layihəsi çərçivəsində istənilən vətəndaş müzakirələrdə fəal iştirak edə bilər.

 

 

Oxunub: 617

Əlavə olunub: 08.06.2020 08:32

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz