Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Bir dəfə yüksələn bayraq bir daha enməz”

Cari ilin 28 may tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı vebinar təşkil olunub.
28 may Respublika Gününə həsr olunmuş vebinarda Mərkəzin direktoru Asif Usubəliyev, elmi katibi Cavid Əliyev, şöbə müdirləri Nəzakət Rəhmanova, Nurəddin Babazadə, metodistlər Rəfiqə Nəsirova və İsmayıl Nəsirov çıxış ediblər.
Çıxış edənlər qeyd etdilər ki, Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirilib. M. Rəsulzadədən, F.X.Xoyski, Ə.Hüseynzadədən danışaraq vurğulandı ki, o dövrdə dövlət bayrağı, himni və gerbi yaradılıb, dövlətçiliyin və milliyətçiliyin əsası qoyulub.
Vebinarın sonunda, Mərkəzin direktoru Asif Usubəliyev qeyd etdi ki, hər bir xalq, dövlət öz tarixini tanımalı və düzgün qiymətləndirməlidir.

Oxunub: 588

Əlavə olunub: 28.05.2020 10:33

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz