Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Bir abidə - bir könüllü”: “Yeddi günbəz”

“Bir abidə - bir könüllü” layihəsinin növbəti dayanacağı Şirvanşahlar dövlətinin tarixini hər bir daşında daşıyan Şamaxı rayonu oldu. Qədim mədəni-tarixi abidələr ilə zəngin Şamaxıda XIX əsrə aid “Yeddi günbəz” adlandırdığımız türbələr kompleksi ilə sizi tanış etmək istərdik.

Sonuncu Şamaxı xanı Mustafa xanın da dəfn edildiyi “Yeddi günbəz” türbələr kompleksi Şamaxı şəhərinin qədim qəbiristanlıqlarından birinin ərazisində yerləşir. Sözügedən 7 türbədən 3-ü günümüzə qədər salamat qalmışdır. Azərbaycanın sәkkizbucaqlı türbələr qrupuna daxil olan bu abidə yonulmuş ağ daşdan inşa edilmiş vә çatmatağlı günbəzlə örtülmüşdür. Şamaxı xanının ailə üzvlərinin dəfn edildiyi türbərdə, xanın anasının türbəsinin kitabәsindә (1810-cu il) memarın adı “Ustad Tağı memar” һәkk edilmişdir.

“Yeddi günbəz” kompleksindəki türbələrin hamısı kompozisiyasına görə eyni, giriş hissələrinin memarlıq tərtibi isə müxtəlifdir. Bu baxımdan 1816-1817-ci ilə aid türbənin baştağlı girişi diqqətəlayiqdir. Birinci türbə Şirvan xanı Ağası xanın qardaşı Məhəmmədhüseyn bəyin oğlu Şıxəli bəyin xatirəsinə 1816-cı ildə, ikinci türbə Ağası xanın kitabədə adı pozulmuş oğlanlarından birinin xatirəsinə 1806-cı ildə, üçüncü türbə Bibixanım bəyimin (Ağası xanın xanımı, Mustafa xanın anası, Səfərəli sultanın qızı) xatirəsinə 1807-ci ildə, dördüncü türbə Mustafa xanın xanımı, Şəki xanı Səlim xanın qızı Asiya bəyimin xatirəsinə 1810-cu ildə, altıncı türbə Mustafa xanın xanımı, Qazıqumuq xanı Surxay xanın qızı Xan Bikənin xatirəsinə 1847-ci ildə, yeddinci türbə Mustafa xanın oğlu Azad xanın xatirəsinə 1865-ci ildə inşa edilib.

Xan ailəsinə mənsub türbələrdəki günümüzə qədər gəlib çatmış qəbir daşlarının üzəri o dövrün məşğuliyyətlərini əks etdirən işləmələr ilə oyulmuşdur.

 

Oxunub: 864

Əlavə olunub: 20.12.2021 14:02

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz