Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

"Bir abidə - bir könüllü"-“Şah Abbas” karvansarayı

Orta əsrlərdə Gəncənin şəhər kimi inkişafı Səfəvi hökmdarı Böyük Şah Abbasın adı ilə bağlıdır. Özünəməxsus memarlıq elementlərinə görə Gəncənin baş meydanı Azərbaycanın əksər şəhərlərindəki bazar meydanlarından seçilib. Bazar meydanın ətrafında “Şah Abbas” karvansarayı 1663-1664-cü illərdə Gəncə bəylərbəyi olmuş Murtuza Qulu xan Ziyad oğlunun qardaşı oğlu Uğurlu xanın vəsaiti ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin planı üzrə tikilmiş və xan nəslinə məxsus olmuşdur.
 
Eyni dövrdə tikilmiş nisbətən kiçik həcmli karvansaray isə əhali arasında “Uğurlu xan” karvansarayı adlandırılmışdır. Kompleksin iki böyük həyəti var.
 
Binanın birinci mərtəbəsi 17 iri tağdan ibarətdir. Birinci mərtəbədə sağ və sol divarların içərisində gözətçilərin dayanması üçün konusa oxşar yarıqlar düzəldilib. Həmçinin səkkiz güşəli kümbəzin mərkəzi hissəsinin ornament elementləri kompozisiyanın sıx, yığcam qovşağı da yaradılıb.
Dövrünün səyyah və tacirlərini öz gözəlliyi ilə heyran edən karvansarayda çoxsayda otaqlar, yeməkxana, çayxana olmuşdur.
 
1804-cü ildə Gəncə Çar Rusiyası tərəfindən işğal edildikdən sonra bütün xan mülkiyyəti kimi karvansaray da müsadirə edilmiş və xəzinənin hesabına keçirilmişdir.
 
2011-ci ildə yenidən karvansarayda restavrasiya işləri başlayıb və hal-hazırda əvvəlki görkəminə uyğun və müasir infrastrukturla təmin edilməklə otel kimi istifadə edilir.
 

Oxunub: 553

Əlavə olunub: 06.11.2021 13:47

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz