Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Bir abidə - bir könüllü” - "Pir Mərdəkan"

“Bir abidə - bir könüllü” layihəsinin növbəti ünvanı XIII - XIV əsrlərdə tikilən, Şamaxı şəhərində yerləşən və xalq arasında "Pir Mərdəkan" adı ilə tanınan xanəgah kompleksidir.

Kompleksə türbə, xanəgah binası və kiçik yardımçı binalar daxildir. Vaxtilə Şamaxı-Ərdəbil karvan yolunun üstündə yerləşən bu abidə həm ticarət, həm də ziyarət əhəmiyyəti daşımışdır.

Xalq arasında "Pir Mərdəkan" adı ilə tanınan xanəgah kompleksinin yalnız türbə binası dövrümüzə qədər salamat qalmışdır. Onun ətrafında isə məscid, hücrələr, karvansara və digər tikililərin qalıqları aşkarlanmışdır. Bəzi məlumatlara görə öz dövrünün görkəmli üləma alimlərindən olan Seyid Mərdəkaninin qəbiri buradadır.

Oxunub: 501

Əlavə olunub: 05.02.2022 12:09

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz