Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Bir abidə - bir könüllü” - indi Şamaxı şəhərində

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Bir abidə - bir könüllü” layihəsi çərçivəsində sizləri mədəni-tarixi abidələrimizlə tanış etməyə davam edir.

Gəncə şəhərində yerləşən “İmamzadə” dini mədniyyət kompleksi, “Şah Abbas” və “Uğurlu xan” karvansaray kompleksi və “Comərd Qəssab” türbəsi ilə tanışlıqdan sonra, növbəti dayanacağımız Şamaxı şəhəridir.

qədim və gözəl diyarlarından olan Şamaxı şəhəri həm də mədəni-tarixi abidələri ilə zəngindir. Hal-hazırda komandamız Şamaxı şəhərində layihə çərçivəsində çəkilişləri davam etdirir. Bütün imkanlarımızı səfərbər edərək, “Bir abidə - bir könüllü” layihəsinin gerçəkləşməsi üçün tərəfimizdən mədəniyyət könüllüləri və professional operator cəlb edilib. Çəkilişlər eyni zamanda dron vasitəsilə də aparılır.

İnanırıq ki, “Bir abidə - bir könüllü” layihəsi çərçivəsində mədəni-tarixi abidələrimizə olan marağı daha da artırmağa nail olacağıq. Maraqlı və enerjili keçən çəkiliş prosesindən bəzi görüntüləri sizlərlə də paylaşmaq istədik...

Oxunub: 528

Əlavə olunub: 11.12.2021 10:26

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz