Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Beynəlxalq Türk Akademiyası onlayn kitabxana (http://twesco.org/kitap) yaradıb. Kitabxana 100-dən çox kitab oxumağa sərbəst çıxış imkanı verir.
Resursun əsas səhifəsində "kitablar" bölməsində heç bir məhdudiyyət qoyulmadan Azərbaycan, qazax, türk, ingilis, qırğız və monqol dillərində ədəbiyyat yerləşdirilib.
Saytda türk dünyasının tarixi, yazılı abidələri üzrə tədqiqatlar haqqında nəşrlər də tapmaq mümkündür.
Oxucular onlayn kitabxanada türkdilli xalqların adət-ənənələri, etnoqrafiyası və folkloru ilə tanış ola biləcəklər.
Oxunub: 756
Əlavə olunub: 18.04.2020 08:33