Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Beynəlxalq Sülh Günü

21 sentyabr 1981-ci il tarixində BMT Beynəlxalq Sülh Gününün təsis olunması ilə bağlı qərar qəbul edib.
İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. Həmin vaxtdan Beynəlxalq Sülh Günü hər il sentyabrın üçüncü çərşənbə axşamı qeyd edilirdi.
Lakin 2002-ci ildə BMT sentyabrın 21-ni bu gün üçün dəqiq tarix olaraq müəyyənləşdirib. Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı baş qərargahının həyətindəki “Sülh zəngi”nin çalınması ilə başlayır.
Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın mütləq dünya sülhü” sözləri yazılıb. Bu zəngin gövdəsi dünyanın bütün qitələrini təmsil edən 60 ölkənin uşaqları tərəfindən toplanaraq Xirosima və Naqasaki faciələrinin baş verdiyi Yaponiyaya göndərilən metal pulların, yüzlərlə döyüşçüyə məxsus orden və medalların ərintisindən hazırlanıb.

Oxunub: 503

Əlavə olunub: 21.09.2020 05:19

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz