Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Bəstəkar Ərtoğrul Cavid anadan olub (1919-1943)

1919–cu ilin 22 oktyabr tarixində böyük yazıçı və dramaturq Hüseyn Cavidin oğlu, bəstəkar Ərtoğrul Cavidin doğum günüdür (1919-1943).

O, Üzeyir Hacıbəylinin rəhbərliyi və tövsiyəsi ilə Azərbaycan dastanlarını, folklor nümunələrini toplayıb, ilk dəfə aşıq musiqisini nota köçürüb. Ə.Cavid skripka ilə fortepiano üçün piyes, romans və mahnılar bəstələyib.

Böyük Vətən müharibəsi başlayarkən “Sərhəddən məktub” simfonik balladası və marşlar yazıb. Vaxtsız ölüm “Şeyx Sənan”, “Məhsəti” operaları, bir sıra kamera və instrumental əsərlərini tamamlamağa imkan verməyib.  

Oxunub: 587

Əlavə olunub: 22.10.2020 07:18

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz