Maddi və mədəni irsimizin qiymətli nümunələri sırasında yer alan abidələrdən biri də Bərdə şəhərində yerləşən İmamzadə türbəsidir.
Unikal quruluşa mailk tikili əvvəl türbə kimi inşa edilmiş, zaman keçdikcə dini abidə kompleksinə çevrilmişdir. Məscid həm Buxaradakı “Çahar minar” adlı abidə, həm də Ağdam Cümə məscidi ilə oxşarlıq təşkil edir.
Bişmiş kərpiclə yüksək memarlıq üslubunda tikilmiş, “Bərdə İmamzadə məscidi” olaraq da adlandırılan abidə hazırda dini mərasimlərin keçirildiyi mərkəz, həmçinin qiymətli tarix və mədəniyyət nümunəsidir.
1985-ci və 2014-2015-ci illərdə abidənin ətrafında müəyyən abadlıq işləri həyata keçirilmişdir.