Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Bərdə abidələri: Bərdə körpüsü

Maddi mədəniyyət nümunələri sırasında olan, Tərtər çayı üzərində yerləşən Bərdə körpüsü Azərbaycanın nadir incilərindəndir. Əsasən çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülmüş körpünün bünövrəsi çox aşırımlı dayaqlar üzərində qurulmuşdur.
Əhəmiyyətli abidə olan körpü ərazisində 2015-ci ildə abadlıq işləri aparılaraq park bulvar sistemi yaradılıb. 2018-ci ilin iyul ayında yenidən inşa edilən körpüdə aparılan işlər zamanı köhnə körpü sökülüb.
Yeni körpünün özülünün və sütunlarının tikintisi başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb. Dörd aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11,5 metrdir. Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun olaraq həyata keçirilmişdir.

Oxunub: 57

Əlavə olunub: 11.01.2023 11:18

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz