Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Bədii təhsil müəssisələrinin muğam dünyası

Cari ilin 31 avqust tarixində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Beynəlxalq Muğam Günü ilə əlaqədar “Bədii təhsil müəssisələrinin muğam dünyası” adlı onlayn seminar keçirilmişdir.

Seminarın keçirilməsində əsas məqsəd möhtəşəm Azərbaycan muğamının tədrisi sahəsində önəmli məsələlərə yer vermək və innovativ metodların tətbiqinə dair müzakirələr aparmaqdan ibarətdir. Seminarda görkəmli tarzən, Azərbaycan Respublikasının xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ramiz Quliyev “Uşaq Musiqi və İncəsənət Məktəblərində tar ixtisasının tədrisi metodikası”, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Xalq Çalğı Alətləri” kafedrasının müəllimi Mirnazim Əsədullayev “Kamança alətinin tədrisinə dair” və “Muğam sənəti” kafedrasının müdiri, dosent Teyyub Aslanov “Xanəndəlik ixtisasının özəllikləri” adlı mövzuları ilə çıxış edərək seminarda iştirak edən Uşaq Musiqi və İncəsənət Məktəblərinin direktor və müəllim heyətinə öz dəyərli tövsiyələrini vermişlər.

Qeyd edək ki, onlayn seminarda dəvət olunan mütəxəssislərlə yanaşı Azərbaycan Respublikasında fəaliyyət göstərən Uşaq Musiqi, İncəsənət və Rəssamlıq Məktəblərinin direktor və müəllim heyəti iştirak etmişlər.

Oxunub: 444

Əlavə olunub: 02.09.2021 16:25

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz