Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Bədii təhsil müəssisələrinə metodiki yardım

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri də mədəniyyət müəssisələrinə metodiki dəstəyin göstərilməsidir. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2021-ci ilin birinci yarım ili üçün İş planına uyğun olaraq, Mərkəz tərəfindən regionlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinə metodiki dəstəyin göstərilməsinə başlanılmışdır. Bununla əlaqədar Mərkəzin əməkdaşları Kürdəmir Regional Mədəniyyət İdarəsində olmuş, bədii təhsil sahəsinə aid olan metodiki vəsaitləri İdarənin rəhbərliyinə təqdim etmişlər. Daha sonra Kürdəmir rayon Uşaq İncəsənət Məktəbində tədris prosesi ilə yaxından tanış olan Mərkəzin əməkdaşları tədris prosesi zamanı pedaqoji heyəti maraqlandıran sualları cavablandırmış və bədii təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təklifləri dinləmişlər.

Sözügedən tədbirlərin digər regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində davam etdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bundan öncə Gədəbəy rayonunda yerləşən Gədəbəy Aşıq Məktəbi, Gədəbəy şəhər Uşaq İncəsənət Məktəbi, Gədəbəy rayon Düz Rəsullu kənd Uşaq Musiqi Məktəbi, Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi Məktəbi, Gədəbəy rayon Zəhmət kənd Uşaq Musiqi Məktəbinə Mərkəz tərəfindən nəşr olunan metodiki vəsaitlər təqdim olunmuşdur.

Oxunub: 424

Əlavə olunub: 21.04.2021 18:52

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz