Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Bədii təhsil müəssisələrinə metodiki yardım

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən
bədii təhsil müəssisələrinə metodiki yardım göstərilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri də mədəniyyət müəssisələrinə metodiki dəstəyin göstərilməsidir. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2021-ci ilin birinci yarım ili üçün İş planına uyğun olaraq, Mərkəz tərəfindən regionlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinə metodiki dəstəyin göstərilməsi davam etməkdədir.
Bununla əlaqədar Mərkəzin əməkdaşları Sabirabad Regional Mədəniyyət İdarəsində olmuş, bədii təhsil sahəsinə aid metodiki vəsaitlər ətrafında İdarənin tabeliyində olan bədii təhsil müəssisələrinin əməkdaşları ilə fikir mübadiləsi aparmışlar.

Daha sonra Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbində, Şirvan şəhər Uşaq Musiqi Məktəbində və Hacıqabul şəhər Uşaq Musiqi Məktəbində tədris prosesi ilə yaxından tanış olan Mərkəzin əməkdaşları tədris prosesi zamanı pedaqoji heyəti maraqlandıran sualları cavablandırmış və bədii təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təklifləri dinləmişlər.

Keçirilən tədbirlər çərçivəsində ADMİU-nin Musiqi sənəti fakültəsi, İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın iştirakı ilə Şirvan şəhər Uşaq Musiqi Məktəbinin müəllimləri üçün ustad dərsləri keçirilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları, eyni zamanda Şirvan şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən, akademik Zərifə Əliyevanın anadan olmasının 98 illiyinə həsr olunmuş rəsm sərgisinin açılışında da iştirak ediblər.

Sözügedən tədbirlərin digər regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində də davam etdirilməsi nəzərdə tutulur.

Oxunub: 395

Əlavə olunub: 30.04.2021 18:46

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz