Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Barat Şəkinskayanın doğum günü (1914-1999)

1914-cü il tarixində Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın Xalq Artisti Barat Şəkinskayanın doğum günüdür (1914-1999). Barat Şəkinskaya Azərbaycanın ilk travesti - oğlan rolları oynayan aktrisası olub. Aktrisa Azərbaycanın bir sıra məşhur filmlərində maraqlı obrazlar canlandırıb. “Görüş” (1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günəş altında” (1957), “Kölgələr sürünür” (1958), “Qəribə əhvalat” (1960), “Telefonçu qız” (1962), “Azərbaycan teatrının ustaları” (1966), “Evin kişisi” (1978), “Onun bəlalı sevgisi” (1980), “Üzeyir ömrü” (1981) filmlərində Barat Şəkinskayanın oynadığı rollar kino tariximizin incilərindən sayılır.

Oxunub: 565

Əlavə olunub: 28.06.2020 05:45

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz