Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
11 noyabr 1921-ci il tarixində Xalq Şairi, “Şöhrət” ordenli Balaş Azəroğlu anadan olub (1921-2011).
Şairin ilk mətbu şeri "Dnepr" 1937-ci ildə Bakıda çapdan çıxıb. Şairin ilk şeir kitabları 1943-cü və 1945-ci illərdə Ərdəbildə və Təbrizdə nəşr olunub.
Çoxcildlik “Azərbaycan ədəbiyyatı”nın müəlliflərindən biri olan B.Azəroğlu, farscadan dilimizə çevirdiyi, Nizaminin “Yeddi gözəl” poemasını, Füzulinin qəzəllərini çap etdirib. B.Azəroğlu “Mübarizə yollarında” (1950), “Gənclik dostlarım” (1950), “Mənim nəğmələrim” (1952), “Səhər şəfəqləri” (1953) və digər əsərlərin müəllifidir.
Oxunub: 871
Əlavə olunub: 11.11.2020 06:04