Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Bakı Cümhuriyyətin paytaxtı olub

1918-ci ilin 17 sentyabr tarixində Qafqaz İslam Ordusu Bakını “Sentrokaspi diktaturası” hökumətindən və daşnak tör-töküntülərindən təmizlədikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncədən Bakıya köçüb. Bakı rəsmən Cümhuriyyətin paytaxtı elan edilib. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda bolşeviklərin “Bakı Kommunası”nın və eser-menşevik-daşnak “Sentrokaspi” hökumətinin qəbul etdiyi bütün qərar və dekretlərin öz qüvvəsini itirdiyini, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.

Oxunub: 467

Əlavə olunub: 17.09.2020 06:30

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz