Qasım bəy hamamı XV əsrdə Şirvanşah Xəlilullahın dövründə İçərişəhərin Salyan qapıları yaxınlığında inşa edilmişdir. “Şirin hamam” adı ilə də tanınan abidə digər şərq hamamları kimi, temperatur rejimini saxlamaqdan ötrü yarısı yerin altında, yarı hissəsi isə yerin üstündə tikilmişdir.
Elə bu səbəbdən də hamam uzun dövr ərzində torpağın altında qalmış, yalnız 20-ci illərdə abidə torpağın altından çıxarılmış, bərpa işlərindən sonra abidə bir müddət "Yаşıl aptek" kimi fəaliyyət göstərməyə başlamışdır.