Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycanlıların Soyqırımı Günü

30 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 31 mart “Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş vebinar təşkil olunub.
 
Tədbir “Azərbaycanlıların soyqırımı haqqında” ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2021-ci ilin birinci yarım ili üçün müəyyənləşdirilmiş İş Planına əsasən gerçəkləşib.
 
Vebinar erməni-daşnak quldur dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin gələcək nəsillərə, ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə təşkil olunub. Tədbirdə iştirak edən Mərkəzin əməkdaşları, regionlarda çalışan gənc mədəniyyət işçiləri və Quba Soyqırımı Memorial Kompleksinin nümayəndəsi öncə soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
 
Tədbirdə çıxış edənlər xüsusilə bildirdilər ki, müxtəlif illərdə Qarabağ, Naxçıvan və Azərbaycanın digər bölgələrində erməni, bolşevik, sovet hərbi hissələri tərəfindən Azərbaycan xalqına qarşı kütləvi qətliamlar törədilib. 1918-ci ildə təkcə Bakıda 12 min azərbaycanlı qətlə yetirilib. Aprel və may aylarında ermənilər Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlını xüsusi qəddarlıqla öldürüblər.
 
Eyni zamanda qeyd edildi ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq tapılıb, həmin məzarlıq Azərbaycanın müsəlman əhalisinin soyqırımına məruz qalmasının əyani sübutudur.
Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
 
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar vermişdir. Ölkəmizdə Quba Soyqırımı Memorial Kompleksi xalqımıza qarşı törədilmiş soyqırımının simvolu hesab olunur.

Oxunub: 600

Əlavə olunub: 31.03.2021 12:59

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz