Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycanlı rejissor “Ən yaxşı xarici film”ində

Azərbaycanlı rejissor Elmar Bayramovun “Let me run” (“İzn ver qaçım”) qısametrajlı filmi Londonda keçirilən “Fighting Spirit Film” beynəlxalq kinofestivalında “Ən yaxşı xarici film” mükafatına layiq görülüb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

ABŞ-ın Pensilvaniya ştatında yaşayan Elmar Bayramovun rejissoru və ssenari müəllifi olduğu ekran əsəri fiziki qüsurlu Orxan adlı gəncin həyat hekayəsindən bəhs edir. Əsərin qəhrəmanı bütün çətinliklərə baxmayaraq, məqsədinə nail olmaq üçün maneələri dəf edir. 

Filmdə əsas rolu Tural Manafov ifa edir. Filmin prodüserləri Könül Kəngərli, Klara Brotons Merkadal, Alan Goldberg və Zeke Ramazan Geisdir.

Qeyd edək ki, indiyə qədər “İzn ver qaçım” qısametrajlı filmi Los-Anceles, Nyu-York və Torontoda keçirilən beynəlxalq kinofestivallarda da müxtəlif nominasiyalar üzrə qalib olub.

oxu.az

Oxunub: 605

Əlavə olunub: 21.12.2020 12:13

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz