Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycanın Xalq Şairi Məmməd Araz anadan olub

14 oktyabr 1933-cü il tarixində Azərbaycanın Xalq Şairi, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, tərcüməçi, publisist Məmməd Araz anadan olub (1933-2004). 

M.Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. Şair 1995-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib. 1993-cü ildən şairin adına "Məmməd Araz" mükafatı təsis olunub. 

O, “Sevgi nəğməsi” (1959), “Üç oğul atası” (1961), “Araz axır” (1964), “Dünya sənin, dünya mənim” (1983), “Əsgər andı” (2003) kimi bir sıra əsərlərin müəllifidir.

Oxunub: 491

Əlavə olunub: 14.10.2020 07:23

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz