Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycanın iki nominasiyasına baxılacaq

Parisdə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci sessiyası öz işini davam etdirir.

Bu gün sessiyada Azərbaycanın təqdim etdiyi “Ənənəvi Nar bayramı və mədəniyyəti” və “Miniatür sənəti” nominasiyalarına baxılacaq.

“Ənənəvi Nar bayramı və mədəniyyəti” nominasiyası Azərbaycan tərəfindən fərdi şəkildə, “Miniatür sənəti” nominasiyası isə Azərbaycan, İran, Özbəkistan və Türkiyə tərəfindən birgə qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci sessiyası zamanı Reprezentativ Siyahıya daxil edilməsi üçün təqdim edilib.

Dosyelərdə nominasiyalar haqqında ətraflı məlumat yer alıb.

Bildirilib ki, narçılığın güclü olduğu bölgə və şəhərlərə Göyçay, Ağsu, Kürdəmir, Zərdab, Ağdaş, Abşeron, Gəncə, Şəki, Ağdam, Bərdə, Tərtər, Goranboy, Masallı və Sabirabad daxildir. Narın istifadəsi ilə bağlı təcrübələr və praktika ölkənin digər bölgələrində də qorunur və nəsildən-nəslə ötürülür.

Ənənəvi Nar bayrami şənliyi hər il yalnız Göyçay şəhərində təşkil olunur və nar mədəniyyətinin mövcudluğu Göyçay bölgəsində xüsusi qeyd edilir.

Azərbaycan, İran, Özbəkistan və Türkiyə tərəfindən birgə təqdim olunmuş “Miniatür sənəti”nin Qarabağda XIII əsrdən inkişaf etdiyi diqqətə çatdırılıb.

azertag

Oxunub: 869

Əlavə olunub: 16.12.2020 13:13

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası